ATƏT DTİHB Azərbaycanda seçkiləri maşahidə missiyasına başladı
Bizi izləyin

Nida Xəbər

ATƏT DTİHB Azərbaycanda seçkiləri maşahidə missiyasına başladı

ATƏT-in Demokratik Təsissatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda seçki missiyasına başlayıb.

Trend-in məlumatına görə, bunu ATƏT DTİHB-in Seçki Müşahidə Missiyasının Rəhbəri Səfir Piter Teyler Azərbaycanda növbədənkənar parlament seçkilərinə həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, DTİHB Azərbaycan hökumətinin müraciəti əsasında Azərbaycana gəlib. O qeyd edib ki, Azərbaycan Prezidenti növbədənkənar parlament seçkiləri ilə bağlı qərar verdikdən sonra ATƏT-ə üzv ölkə kimi Azərbaycan rəsmi olaraq ATƏT-in DTİHB-na müraciət göndərdi ki, Azərbaycanda keçiriləcək seçkilərdə müşahidə aparsın: “Bu müraciətə əsasən, missiya dekabrn ortalarında seçki mühitini dəyərləndirmək üçün Azərbaycana gəlib”.

P.Teyler bildirib ki, seçkiləri müşahidə missiyasına əsas heyətdən əlavə, uzun müddətli və qısa müddtli müşahidəçilər işə cəlb olunacaq: “DTİHB artıq 11-cı dəfədir ki, Azərbaycanda müşahidə aparacaq. İndiyə qədər Azərbaycanda seçki prosesində iştirak edən qrumlarla konstruktiv əməkdaşlıq etmişik və ümudvarıq ki, bu dəfə də konstruktiv mühitdə əməkdaşlıq edəcəyik.

Missiyaya 30 uzunmüddətli, 350 qısa müddətli müşahidəçi çəlb olunacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm