İranda qəzaya düşən təyyarədə Azərbaycan vətəndaşları yoxdur - XİN
Bizi izləyin

Nida Xəbər

İranda qəzaya düşən təyyarədə Azərbaycan vətəndaşları yoxdur - XİN

İranda baş vermiş təyyarə qəzasında həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur.

Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) Publika.az-a verilən məlumata görə, ölkəmizin Tehrandakı Səfirliyindən verilmiş ilkin məlumata görə, İranda baş vermiş təyyarə qəzasında həlak olanlar arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı məlumat daxil olmayıb.

Bildirilib ki, Azərbaycan səfirliyi tərəfindən məsələ nəzarətdə saxlanılır.

Qeyd edək ki, İranda Ukrayna sərnişinlərinin olduğu "Boeing 737" sərnişin təyyarəsi qəzaya uğrayıb, sərnişinlərin hamısı - 167 sərnişin və 9 ekipaj heyəti həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm