Nida Xəbər
Rafael Nektal: Soyuq havaya baxmayaraq seçicilər məntəqələrə gəlir
İlk dəfədir Azərbaycanda beynəlxalq müşahidəçi kimi seçkiləri izləyirəm. Mən Buxara Yəhudiləri Konqresini təmsil edirəm. Biz Bakıda məntəqələrdə olub, seçkiyə hazırlıq prosesi ilə maraqlanmışıq. Qeyd edim ki, olduğumuz məntəqələr seçkilərin qanunvericiliyə uyğun keçirilməsi üçün tam hazır vəziyyətdə idi. Bu gün isə Qubaya gəldik ki, tək paytaxtda yox, həm də bölgələrdə seçkinin təşkili ilə yerində tanış olaq.
Bu sözləri Qubada seçki prosesini izləyən beynəlxalq müşahidəçi, Buxara Yəhudiləri Konqresinin ABŞ-Kanada üzrə koordinatoru Rafael Nektal söyləyib.
O, Azərbaycanda güclü vətəndaş cəmiyyəti formalaşdığını qeyd edib: “Mənim çox xoşuma gəldi ki, belə soyuq hava şəraitinə baxmayaraq seçicilər məntəqələrə gəlib səs verirlər. Seçkiyə gələn sadə vətəndaşlarla söhbət etdim. Burada insanlar öz vətəndaşlıq məsuliyyətlərini anlayırlar. Bilirlər ki, ölkənin gələcəyi onların səsverməsindən asılıdır. Söhbət etdiyim vətəndaşlar Prezident İlham Əliyevə və onun yürütdüyü siyasətə çox inamla yanaşırlar. Azərbaycanda güclü vətəndaş cəmiyyəti formalaşıb”.(Azərtac)
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi