Mehriban Əliyevanın koronavirusla bağlı müraciəti Türkiyədə manşet oldu
Bizi izləyin

Nida Xəbər

Mehriban Əliyevanın koronavirusla bağlı müraciəti Türkiyədə manşet oldu

Azərbaycanın Birinci-vitse-prezidenti Mehriban Əliyevanın koronavirusla bağlı əhaliyə müraciəti Türkiyə mediasında geniş yer alıb.

Publika.az xəbər verir ki, Mehriban Əliyevanın müraciətində dünyanın qlobal çətinliklə qarşı-qarşıya qalması fikrinə diqqət çəkilib.

Ən çox gətirilən sitatlardan biri Birinci-vitse-prezidentin epidemiyanın qarşısının alınması üçün dünyada daha əvvəl analoqu görülməmiş tədbirlərin həyata keçirilməsini vurğulamasına dair sözləri olub: “İnanıram və ümid edirəm ki, ümumi səylərimiz mütləq nəticə verəcək. Bəşəriyyət bu çağırışın öhdəsindən gələcək və daha da güclənəcək. Həmçinin ümid edirəm ki, biz sadə həqiqətlər barədə düşünüb onları yenidən dərk etməyə çalışacayıq. Bir-birimizdən fərqliyik, amma evimiz birdir. Özgə dərd olmur. Ağrı və iztirablar sərhəd tanımır”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm