Parlament korrupsiyaya qarşı mübarizə aparacaq deputatları seçir - ADLAR
Bizi izləyin

Nida Xəbər

Parlament korrupsiyaya qarşı mübarizə aparacaq deputatları seçir - ADLAR

Milli Məclis bu gün növbədənkənar sessiyanın növbəti plenar iclasına toplaşacaq.

Publika.az xəbər verir ki, iclasın gündəliyinə 4 məsələ daxildir. Bunlar aşağıdakılardı:

1. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında.

2.“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

3. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

Modern.az-ın əldə etdiyi məlumata görə, Milli Məclis sədrinin müavini Adil Əliyev, deputatlar Əminə Ağazadə, Elşad Mirbəsiroğlu, Arzu Nağıyev və Milli Məclis Aparatının rəhbəri Şəfa Mirzəyevin Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvləri təyin olunacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası 3 mart 2004-ci il tarixində yaradılıb və korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir.

Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilib və fəaliyyət göstərir.

Komissiyanın 5 üzvü Azərbaycan Prezidenti tərəfindən, 5 üzvü Milli Məclis tərəfindən, 5 üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.

Hazırda Komissiyanın sədri, Prezident Adsministrasiyasının keçmiş rəhbəri, Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevdir.

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi hazırda aşağıdakı kimidir:

Azərbaycan Repsublikası Prezidenti tərəfindən təyin olunmuş Komissiya üzvləri:
Ramiz Mehdiyev Komissiyanın sədri
Vilayət Eyvazov Azərbaycan Respublikasının Daxili işlər naziri
Şahin Əliyev Prezidentinin Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri
Fuad Ələsgərov Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri
Əli Nağıyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin olunmuş Komissiya üzvləri:
Ziyafət Əsgərov Milli Məclisin deputatı
Əli Əhmədov Azərbaycan Respublikasının Baş nazirinin müavini
Lətif Hüseynov Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi
Əli Hüseynov Azərbaycan Respublikası Milli Məclisinin I vitse-spikeri
Bəxtiyar Əliyev Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin olunmuş Komissiya üzvləri:
Fərhad Abdullayev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri
Fikrət Məmmədov Məhkəmə Hüquq Şurasının Sədri, Azərbaycan Respublikasının Ədliyyə naziri
Zakir Qaralov Keçmiş baş prokuror
Ramiz Rzayev Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
Kamal Cəfərov Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibi

(modern.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm