Şəhidlərimizlə qürur duyuruq - Əli Əhmədov Tovuz döyüşlərindən yazdı
Bizi izləyin

Nida Xəbər

Şəhidlərimizlə qürur duyuruq - Əli Əhmədov Tovuz döyüşlərindən yazdı

Azərbaycan Ordusu, cəngavər əsgərlərimiz azğınlaşmış erməni quldurlarının Tovuz istiqamətində təmas xəttində təxribatlarının qarşısını qəhrəmancasına aldılar, düşmənə layiqincə cavab verdilər.

Publika.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - İcra katibi Əli Əhmədov Feysbuk səhifəsində etdiyi paylaşımda bildirib.

Paylaşımda deyilir:

"Xalq yeni qəhrəmanlarını tanıdı. Vətən uğrunda həlak olan baş leytenant Rəşad Mahmudovla, çavuş Vüqar Sadıqovla, baş əsgər Elşad Məmmədovla və əsgər Xəyyam Daşdəmirovla qürur duyuruq. Onların qanının yerdə qalmayacağına əminik.

Allah şəhidlərimizə rəhmət etsin!"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm