Ərdoğan: “Türkiyə Azərbaycana edilən hücumlara qarşı duracaq” - VİDEO
Bizi izləyin

Nida Xəbər

Ərdoğan: “Türkiyə Azərbaycana edilən hücumlara qarşı duracaq” - VİDEO

Dost və qardaş Azərbaycana qarşı Ermənistan tərəfindən edilən hücumları şiddətlə qınayırıq.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Ermənistan və Azərbaycan arasında davam edən problem var. Yaranmış vəziyyət sərhədə edilən hər hansı təxribat deyil, Azərbaycana birbaşa hücumdur",- Ərdoğan deyib.

Türkiyə lideri qeyd edib ki, bu hadisə Ermənistanın boyunu aşan bir hücumdur:

"Türkiyə Azərbaycana edilən hər cür hücumun qarşısında yer almaqdan tərəddüd etməyəcək. Dünyadakı bütün əlaqələrimizi bu istiqamətdə səfərbər etmək borcumuzdur. Öz ərazisində siyasi, iqtisadi, koronavirus məsələlərini həll edə bilməyən bir ölkənin belə bir hücum törətməsi hər şeydən əvvəl öz xalqına hörmətsizlikdir. Türkiyədə işləyən minlərlə erməninin bu vəziyyətdən narahat olduqlarına inanıram. Bütün imkanlarımızla dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcəyik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm