SON DƏQİQƏ: Murov zirvəsi AZAD EDİLDİ
Bizi izləyin

Nida Xəbər

SON DƏQİQƏ: Murov zirvəsi AZAD EDİLDİ

Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb.

Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir.

Döyüş əməliyyatları davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm