Nida Xəbər
Erməni əsirlərdən ŞOK ETİRAFLAR: Bizə təlimi onlar keçirdi - VİDEO

Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı ərazilərimizin azad edilməsi ilə bağlı keçirdikləri uğurlu əməliyyatlar zamanı əsir götürülən erməni əsir açıqlama verib.
Publika.az xəbər verir ki, 2001-ci ildə Ermənistanın Şirak vilayətinin Artik şəhərində anadan olan Mikaelyan Albert Yervandi Ermənistan silahlı qüvvələrində muzdlu kürd dəstələrinin Azərbaycan qarşı döyüşdüyünü etiraf edib. 2019-cu ilin dekabr ayının 19-da hərbi xidmətə çağırıldığını deyən Mikaelyan bildirib ki, o Gümrü şəhərində xidmətə başlasa da, orada 6 ay “Faqot”dan istifadə etməyi öyrəndikdən sonra kiçik serjant rütbəsi alıb: "Ondan 6 ay sonra mən Martuni şəhərində yerləşən hərbi hissəyə göndərilmişəm, tank əleyhinə tağımda olmuşam. Həmin tağımda müntəzəm olaraq hərbi təlimlər keçirilirdi. Hərbi hissədə müddətli, müddətdən artıq hərbi qulluqçular və kürd əsilli muzdlulardan ibarət 1500 nəfər var idi. Orda muzdlular hər ay 600 ABŞ dolları pul alırdılar və onlar ancaq öz dillərində danışırdılar. 10-15 nəfərlik dəstələrdən ibarət olan muzdlular yerli şəraiti öyrənirdilər və döyüşə hazırlaşırdılar”.

-
Nida Xəbər 3 İyul 23:40
Mərkəzi Bank və Dünya Bankı arasında əməkdaşlıq müzakirə edildi
-
Region3 İyul 22:19
Qonşuda genişmiqyaslı aksiya başladı
-
Nida Xəbər 3 İyul 22:15
Avstraliyadan Ukraynaya 100 milyonluq yardım gələcək
-
MDB3 İyul 21:48
Kreml: "Kiyevin ikinci şansı olmayacaq"
-
MDB3 İyul 20:28
Özbəkistanda minlərlə yaralı xəstəxanalara yerləşdirildi
-
Nida Xəbər 3 İyul 20:03
Azərbaycanlıların yaşadığı rayonda silahlı insident: yaralı var
-
Avropa3 İyul 18:36
Berlin HƏRƏKƏTƏ KEÇDİ: Ukraynanın təhlükəsizliyi üçün...
-
Sosial3 İyul 09:46
DİN polisin ölümü ilə bağlı açıqlama yaydı - FOTO - (YENİLƏNDİ)