Paşinyanın NATO-ya məktubu, Moskvaya xəyanəti və Qarabağı... - Zahid Oruc
Bizi izləyin

Nida Xəbər

Paşinyanın NATO-ya məktubu, Moskvaya xəyanəti və Qarabağı... - Zahid Oruc

Müharibə meydanında acınacaqlı məğlubiyyətə uğrayan və hərbi iflasa birbaşa məsuliyyət daşıyan Nikol Paşinyana qarşı erməni cəmiyyətində ittihamlar davam edir.Növbəti bariz nümunələrdən biri müxtəlif informasiya seqmetlərində Ermənistan Baş nazirinin ölkəsinin xarici siyasətini və hərbi müttəfiqlərini kardinal şəkildə dəyişmək cəhdi, beləliklə əsrlərlə hökm sürən “ayələri” pozaraq ötən ilin 13 may tarixində NATO Baş katibi Stoltenberqə göndərdiyi məktubun ictimailəşdirilməsidir.

Onun qeyri-səhihliyi haqda hər hansı rəsmi reaksiya bildirilməyib.

Məktubda NATO Baş katibindən Qarabağ münaqişəsinin həllində kömək istənilir.Əsrlərdir davam edən “Qordi düyünü”nü kəsmək üçün sorosçu hökumət rəhbəri sensasion sayıla biləcək öhdəliklərdən bəhs edir və belə məlum olur ki, söhbətin şifahi hissəsi Şimali Avroatlantik Alyansının başçısı ilə ötən ilin yanvarında danışılıb, indi isə gələcək çözüm formulu və öhdəliklər sadalanır.

Məktubda Ermənistan hərbi qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması müqabilində ölkəsi daxilində hansı ssenarilər baş qaldıracağı və eyni zamanda, etirazları yatırmaq üçün o, Qarabağdakı silahlı qüvvələri oradan çıxarmaq üçün hansı ictimai-siyasi şəraitdən yararlana biləcəyi əksini tapıb. Putini deyil, Sorosu seçən, Moskvaya xəyanət edən, indi də meydanda tək qalan baş nazir deyir: ”Ermənistanın NATO ilə yaxınlaşmasının əsas maneəsi Azərbaycan ilə mübahisəli ərazilərdə erməni qoşunlarının mövcudluğudur. Erməni qoşunlarının münaqişə zonasından çıxarılması və köçürülməsi planı çərçivəsində Azərbaycana mübahisəli ərazilər üzərində nəzarət, İrəvanın Dağlıq Qarabağı daha da dəstəkləməsinin məqsədəuyğunluğu barədə bir sual ümumxalq referendumuna çıxarılacaq. Şübhəsiz ki, belə bir təşəbbüs erməni millətinin əksəriyyətinin mənfi reaksiyasına səbəb olacaq və bizim nəzarətimizdə olan xüsusi qrupların daxili sabitliyi pozması üçün etirazlarına səbəb olacaq və qoşunları Dağlıq Qarabağdan köçürmək üçün inandırıcı bir bəhanə yaradacaqdır. Ölkə daxilində Qarabağ öz növbəsində, Azərbaycanın Dağlıq Qarabağın 50%-dən çox hissəsinin öz nəzarəti altına alacağı öhdəliklərini təmin etdiyinə əmin olmaq üçün sizdən kömək istəyirik. Ermənistan rəhbərliyinin təsdiq etdiyi kimi, Dağlıq Qarabağın qalan hissəsi muxtariyyət almaq imkanı olan neytral boz ərazi olacaqdır”.

Göründüyü kimi, Nikol Paşinyan indi dünya erməniçiliyinin əsrlərdir qurduğu böyük idealları məhv etdiyi və təbii müttəfiqlərini buraxıb da Qərb paytaxtlarında özünə başqa hamilər axtardığına görə Böyük Linç qarşısındadır. Qarabağ müharibəsi bitən kimi İrəvanda Nürmberq Məhkəməsi qurulacaq!

P.S.Sözügedən müraciət və Nikol Paşinyanın digər dövlətlərarası razılaşmalarda imzası əlavə olunur.

Millət vəkili Zahid Oruc

Oxumağa davam et
Reklam
Reklam

Gündəm