Nida Xəbər
Ceyhun Bayramov Tacikistan Prezidenti ilə görüşdü - FOTO
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tacikistan prezidenti Emomali Rahmon tərəfindən qəbul edilib.
Publika.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Tacikistan arasında mövcud olan ikitərəfli münasibətlərin hərtərəfli inkişafına dair məsələlər müzakirə olunub.
Tacikistan prezidenti Emomali Rahmon Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq ölkənin son illər ərzində keçdiyi inkişaf yolunu xüsusi olaraq vurğulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistana rəsmi səfərə dəvət edib.
Tacikistan prezidenti Azərbaycanın COVİD-19 ilə mübarizədə Tacikistana göstərdiyi yardımı yüksək qiymətləndirərək, pandemiya müddətində Azərbaycanın Tacikistan mallarının tranzit daşımaları üçün xüsusi şərait yaratdığını vurğuladı və bununla əlaqədar Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
Nazir Ceyhun Bayramov qəbula görə Tacikistan prezidentinə təşəkkürünü bildirdi və Azərbaycan Prezidentinin səmimi salamlarını qarşı tərəfin diqqətinə çatdırıb. Nazir bölgədə olan cari vəziyyət, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən törədilmiş dağıntılar, Azərbaycanın tarixi və mədəni irsinə vurulmuş ziyan, habelə bu ərazilərin yenidən qurulması və bərpası istiqamətində Azərbaycan hökuməti tərəfindən görülən işlər ilə bağlı qarşı tərəfə məlumat verib.
-
Qoroskop19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar
-
İdman18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi






















.jpg)














