Pakistanın Quru Qoşunları komandanı Azərbaycana gəlir
Bizi izləyin

Nida Xəbər

Pakistanın Quru Qoşunları komandanı Azərbaycana gəlir

Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanın rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 20-də Azərbaycana rəsmi səfər edəcək.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq, hərbi əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm