Nida Xəbər
Ombudsman dünya ictimaiyyətinə çağırış etdi
Ombudsman Səbinə Əliyeva azyaşlı Zəhranın qətlə yetirilməsinin növbəti ildönümü ilə bağlı dünya ictimaiyyətinə çağırış edib.
Ombudsman Aparatından Publika.az-a verilən məlumata görə, müraciətdə deyilir:
"2 yaşlı azərbaycanlı Quliyeva Zəhra Elnur qızının Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən 4 il ötür. Cəzasızlıq mühitindən istifadə edərək Ermənistanın uşaqlara qarşı terror siyasəti daha sonralar da davam etdirilərək atəşkəs dövründə və ikinci Qarabağ müharibəsində günahsız uşaqların ölümünə səbəb olmuşdur.
Belə ki, döyüş bölgəsindən uzaqda yerləşən mülki yaşayış obyektlərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 12 uşaq həlak olmuş, 50 uşaq yaralanmış, 4 uşaq hər iki valideynini, bir çox uşaq isə valideynlərindən birini itirmişdir.
Azərbaycan Ombudsmanı belə halların beynəlxalq təşkilatlar tərəfindən qətiyyətlə pislənilməli və cinayət törətmiş şəxslərə qarşı konkret hüquqi ölçü götürülməli olduğunu dəfələrlə insan hüquqları, o cümlədən uşaq hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların diqqətinə çatdırıb".
-
Magazin203:43
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO