Nida Xəbər
Zakir Həsənov sərhəddəki insidentdən danışdı
Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 28-də ABŞ-ın Oklahoma Ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi və həmin ştatın Milli Qvardiyasının komandanı general-mayor Maykl Tompsonun təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qonaqları salamlayan Müdafiə naziri azad edilmiş ərazilərdə, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədində yaranmış son vəziyyətə toxunaraq baş vermiş bugünkü insidentlə bağlı onlara ətraflı məlumat verib, gərginliyin artırılmasına görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.
General-polkovnik Z.Həsənov əməkdaşlığın müxtəlif istiqamətləri üzrə iki ölkə arasında əldə edilmiş müsbət nəticələrdən, Oklahoma ştatının milli qvardiyası ilə Azərbaycan Ordusu arasında qarşılıqlı əlaqələrin cari vəziyyətindən məmnunluğunu ifadə edərək bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Oklahoma Ştatının qubernatoru C.K.Stitt Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfəyə görə minnətdarlığını bildirib, mövcud hərbi əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduğunu vurğulayıb.
Ötən il qazanılan qələbənin Azərbaycan Ordusunun yüksək hazırlığının göstəricisi olduğunu qeyd edən Oklahoma Ştatının Milli Qvardiyasının komandanı general-mayor M.Tompson şəhid olanların ailələrinə baş sağlığı verib.
Görüşdə tərəflər Azərbaycan Ordusu ilə Oklahoma Ştatının Milli Qvardiyası arasında Tərəfdaşlıq Proqramı çərçivəsində keçirilən birgə tədbirlərə dair fikir mübadiləsi aparıblar.
-
Magazin111:35
Azərbaycanda tanınmış müğənni ağır qəzaya düşdü: oğlu öldü - FOTO
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı