Nida Xəbər
ABŞ-dan Azərbaycana gətirilən xüsusi itlərin GÖRÜNTÜLƏRİ - FOTOLAR
Marşal İrsi İnstitutunun nümayəndələri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə rəsmi görüşdən sonra ANAMA-nın Füzuli rayonundakı minaaxtaran itlərin təlim mərkəzini ziyarət ediblər.
ANAMA-dan Publika.az-a bildirilib ki, burada avqustun 23-də gətirilən 10 baş minaaxtaran itə baş çəkilib. Onların saxlanması, qidalanması və gələcək akkreditasiya prosedurları barədə MLI nümayəndələrinə geniş məlumat verilib.
ANAMA-nın minaaxtaran itlərin təlim mərkəzinə gətirilən itlərdən ikisinin ABŞ-Azərbaycan Ticarət Palatasının dəstəyilə “Paşa bank” və “Kapital bank” tərəfindən maliyyələşməsi vurğulanıb. Tərəfdaşlar itlərin adlarını seçib: Hünər və Bir İnci. Bu itlərə xüsusi hazırlanmış və üzərində adları qeyd olunan boyunluqlar bağışlanılıb.
MLI prezidenti Perri Baltimor qeyd edib ki, 2023-cü ilin iyul ayına qədər Azərbaycana 30 minaaxtaran itin verilməsi nəzərdə tutulub. Yerdə qalan 20 minaaxtaran itin öncədən razılaşdırılmış tarixlərdə ANAMA-ya çatdırılacağı qeyd edilib. Müvafiq anlaşma memorandumu və müqavilə sənədinin 26 avqust tarixində ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov və Marşal İrsi İnstitutunun prezidenti Perri Baltimor arasında imzalanacağı planlaşdırılır.
Qeyd edək ki, 10 xüsusi təlim keçmiş it 23 avqust tarixində Silk Way West Airlines şirkəti tərəfindən təmənnasız olaraq Azərbaycana çatdırılıb.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi








.jpg)

.jpg)

























