Nida Xəbər
“Media haqqında” yeni qanun layihəsi birinci oxunuşda qəbul edildi - (YENİLƏNDİ)
Milli Məclisdə “Media haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
Layihə 9 fəsil, 78 maddədən ibarətdir.
Müzakirələr zamanı deputatlar müxtəlif fikir və rəylərini bildiriblər.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.
xxx
Milli Məclis “Media haqqında” qanun layihəsini müzakirəyə çıxarıb.
Publika.az xəbər verir ki, spiker Sahibə Qafarova deyib ki, qanun medianın inkişafına stimul verəcək.
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd edib ki, qanun ictimai müzakirədən keçib: “32 media rəhbəri bu müzakirələrə qatılıb. Bəşəriyyət tarixində KİV-in insanlara təsiri heç vaxt indiki qədər olmayıb. Qlobal media mühiti kəskin dəyişir. Azad mətbuat əleyhinə gizli və açıq qadağa nəzərdə tutulmayıb. 14-cü maddənin təsir dairəsinə aid olan məsələ indiyə qədər müxtəlif qanunlarda olub. Burada istək medianı bir əldə cəmləməyə xidmət etmir. İnternet televiziyalar fəaliyyətini davam etdirəcək, burada hər hansı qadağa yoxdur. Dövlət media peşəkarlığının artırılması üçün addımlar atır. “KİV haqqında” qanun son 29 ildə 79 dəfə dəyişikliyə uğrayıb. Yeni qanun qəbul edildikdə bu qanun qüvvədən düşəcək”.
Vitse-spiker Əli Hüseynli bildirib ki, bu qanun layihəsi qanunvericilik baxımından mükəmməl işlənib: “Qanunda konkret olaraq bu qanunla tənzimlənməyən məsələlərlə bağlı digər qanunlara istinad edilib. Eyni zamanda bizim İnsan hüquq və azadlıqlarına dair konstitusiya qanunumuz var. Bu qanuna da istinad olunur. Bu qanun Milli Məclisin xüsusi diqqətində olub. Əgər qanun birinci oxunuşdan keçərsə, növbəti mərhələdə yenidən ictimai müzakirə təşkil ediləcək”.
Spiker Sahibə Qafarova deyib ki, qanun layihəsi yenidən icimai müzakirədən keçəcək: “Mən bu barədə Zahid Orucla danışmışam”.
-
Sosial19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...





































