Nida Xəbər
Deputat: Reket jurnalist çoxdur və bunun arxasında...
“Media haqqında” qanunun müzakirəsi zəruridir. Əvvəlki qanunun qəbulundan 20 ildən çox zaman keçir. Bu müddətdə həm ölkədə, həm də xaricdə böyük dəyişikliklər olub.
Publika.az xəbər verir ki, bunu Milli Məclisdə “Media haqqında” qanunun müzakirəsi zamanı çıxış edən deputat Vahid Əhmədov deyib.
Deputat xatırladıb ki, o zaman Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk qəbul etdiyi bir neçə qərardan biri senzura ilə bağlı idi: “Ümummilli lider bir jurnalist ona yaxınlaşanda dərhal reaksiya verirdi. Həmkarımız Qənirə Paşayeva o zaman populyar jurnalist idi və bunları bilir”.
Vahid Əhmədov deyib ki, media azad olmalıdır: “Habelə jurnalistlər də azad olmalı və istədiyi şəxsdən müsahibə ala bilməlidir. Hesab edirəm ki, medianın maliyyə məsələsi olduqca vacibdir. Dünyada medianın maliyyələşməsi reklam vasitəsilə həyata keçirilir. Azərbaycanda reklam bazarının inkişafı müşahidə edilsə də, mediada reklam yetərli qədər deyil. Məncə, bu məqam qanun layihəsində öz əksini tapmalıdır. Hesab edirəm ki, medianın dövlət tərəfindən maliyyələşməsi effekt vermir”.
V.Əhmədov əlavə edib ki, Azərbaycanda reket jurnalistlər çoxdur. O, bunun səbəbini reketləri saxlayan, onlara dəstək verən şirkət rəhbərləri, məmurların olmasında göstərib. Deputat həmçinin deyib ki, media rəhbərinin, baş redaktorların ali təhsili olmalıdır və bu, məcburiyyətdir: “Jurnalistlər var ki, ali savadı olmasa da, informasiya məkanına daxil olub və işləyir. Onlarla bağlı belə tələbin qoyulmasını doğru saymıram”.
-
Sosial19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...





































