Nida Xəbər
Jurnalistlərə daha çox güzəşt və imtiyazlar verilə bilə - SƏDR
“Media haqqında” qanun layihəsi jurnalistlər və media subyektləri üçün güzəşt və imtiyazların tətbiq olunmasını nəzərdə tutur.
Publika.az-ın məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında videokonfrans formatında “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Ə.İsmayılov bildirib ki, qanun layihəsinin məqsədi sistemləşmənin təşkilidir:
“Bu sistemləşmə təşkil olunduqdan sonra daha çox güzəşt və imtiyazların verilməsi ilə bağlı layihələrlə çıxış edə bilərik. Layihədə nəzərdə tutulmuş normalar bizə bu imkanı verir”, - deyə Ə.İsmayılov bildirib.
Ə.İsmayılov vurğulayıb ki, “Media haqqında” qanun layihəsi qəbul olunduqdan sonra “Reklam haqqında” qanuna da dəyişikliklər edilə bilər:
“Reklam məsələləri “Reklam haqqında” qanunla tənzimlənir. “Media haqqında” qanun qəbul olunursa, bu qanundan irəli gələn müvafiq dəyişikliklər və uyğunlaşdırma həyata keçiriləcək. Bununla bağlı məsələlər media nümayəndələri ilə müzakirə ediləcək”, - deyə Ə.İsmayılov vurğulayıb.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi








.jpg)

.jpg)

























