Kremlin TELEFON diplomatiyası: Putin Qarabağı unutmadığını xatırladır?
Bizi izləyin

Nida Xəbər

Kremlin TELEFON diplomatiyası: Putin Qarabağı unutmadığını xatırladır?

"Telefon diplomatiyası davam edir. Rusiya prezidenti Vladimir Putin bu gün Ermənistanın baş naziri Nikol Paşinyala telefonla danışıb. Kreml sahibi daha əvvəl Azərbaycan prezidenti İlham Əliyevlə Xəzər sahili ölkələrin liderlərinin sammiti çərçivəsində Aşqabadda görüşərək fikir mübadiləsi aparmışdı. Putin “balans pozulmasın” deyə, bu dəfə Nikol Paşinyana zəng edib. Putin Paşinyanla Azərbaycanla danışıqların hazırki mərhələsini və Ermənistan-Türkiyə dialoq barədə fikir mübadiləsi aparıb".

Publika.az xəbər verir ki, bunu politoloq Elxan Şahinğlu Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyana telefon zəngini şərh edərkən söyləyib.

Politoloq bildirib ki, Vladimir Putinin başı Ukraynada "xüsusi hərbi əməliyyatlara" qarışsa da, Cənubi Qafqazı da “unutmur”:

"Azərbaycanla Ermənistan arasında 2020-ci 10 noyabr və 2021-c il 11 yanvar bəyanatlarının müəllifi Putindir. Kreml sahibi daima Bakı və İrəvanla təmas halında olmaqla vasitəçi statusunu başqaları ilə bölüşməyəcəyinə işarə etməyə çalışır. Vasitəçilikdə Avropa İtifaqının rəhbəri Şarl Mişel ön plana çıxmağa çalışır ki, bu da Rusiyanın iddialı liderini narahat etməyə bilməz. Putinin Bakıya və İrəvana zəngləri heç nəyi həll etmir, vəziyyəti də dəyişmir. Əks təqdirdə Azərbaycanla Ermənistan arasında gündəlikdə duran məsələlərin həlli sürətlənərdi. Telefon zəngləri sadəcə “vasitəçi bizik” mesajını tez-tez xatırlatmaq məqsədini daşıyır".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm