Yenə "şortik dərdi": attestat almağa gedən məzunu müəllimlər danladı
Bizi izləyin

Nida Xəbər

Yenə "şortik dərdi": attestat almağa gedən məzunu müəllimlər danladı

Məktəbə attestatını almağa gedən məzunu şortik geydiyi üçün müəllimləri danlayıb.

Publika.az xəbər verir ki, bu barədə haqqında bəhs olunan şagirdin anası, jurnalist Raminə Eyvazqızı sosial şəbəkədə paylaşıb edib.

Valideyn bildirib ki, müəllimlərdən və məktəbdən şikayətçi olmasa da, bu cür düşüncə sterotiplərindən qurtulmağın vaxtıdır:

"Oğlum məktəbə 11-ci sinif attestatını almağa gedib, uşağı bir neçə müəllim danlayıb, səbəb şort geyinməsi olub. Ağ köynək, dizdən aşağı sadə qara cins şorta görə... Özü də dərsdən kənar zamanda. Necə utanıbsa, tərləməyən uşaq xəcalətdən su içində gəlib. Şort geyinə bilməyən kişi müəllimlərindən çəkilməz dərd. Halbuki, oğlum məktəbdə, tərif üçün demirəm, mədəniyyəti, tərbiyəsi, ən azı, buraxılış imtahanının nəticəsi ilə seçilib. Buna görə təşəkkür edən olmur, amma... Bu arada məktəbimiz də pis məktəb olmayıb ha.. Dərdimiz düşüncə bəlasıdır! Geyim sterotiplərindən necə azad olaq??!! Dəhşətdir!".

Valideyn hadisənin hansı məktəbdə baş verdiyini açıqlamayıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm