Nida Xəbər
Azərbaycan və Əlcəzair XİN arasında iki sənəd imzalandı
“Yüksək səviyyəli siyasi dialoqun davamlılığını təmin etmək üçün ali səviyyə daxil olmaqla Əlcəzairlə qarşılıqlı səfərlərin həyata keçirilməsi vacibdir”.
Publika.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 10-da Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamranla birlikdə keçirdiyi brifinqdə deyib.
“Bu gün biz münasibətlərimizin müxtəlif aspetkləri ətrafında fikir mübadiləsi apardıq. İqtisadi sahədə çox böyük potensiallar mövcuddur. Ölkələrimiz arasında investisiyaların qoyuluşu energetika sahəsində daha geniş imkanlara malikdir. Növbəti müddət üçün atılacaq addımlar barədə fikir mübadiləsin apardıq. Cənab nazirin Azərbaycana səfəri bu istiqamətdə işlərin canlanmasına təkan verəcək”, - XİN başçısı bildirib.
Ceyhun Bayramov iki ölkə arasında imzalanan sənədlərdən də danışıb:
“Bu gün iki sənəd imzalanıb. Biri iki ölkə arasında diplomatik və xidməti pasportların vizadan azad olunması haqqında, digəri isə iki nazirlik arasında siyasi məsləhətləşmələrin keçirilməsinə dair sənəd olub”.
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR







.jpg)





.jpg)

.jpg)






















