Nida Xəbər
Nazirin sabiq müavini ömürlük həbs cəzası aldı
Çançun Şəhər Xalq Məhkəməsi Çinin ictimai təhlükəsizlik nazirinin keçmiş müavini Sun Liszuna hökm çıxarıb.
Publika.az CNN-ə istinadla xəbər verir ki, keçmiş məmur rüşvət almaq və verməkdə, birjada manipulyasiya etməkdə, partiya birliyini pozmaqda və qanunsuz iki odlu silah saxlamaqda təqsirli bilinib.
Məhkəmə onu iki il müddətinə hökmün icrasını dayandırmaq və sonradan əfv hüququ olmadan ömürlük həbs cəzası ilə əvəz etməklə ölüm cəzasına məhkum edib.
Sun Lijun 2020-ci ilin aprelində saxlanılıb. Həmin ilin sentyabrında o, korrupsiya və şişirdilmiş siyasi ambisiyalarına görə partiyadan xaric edilib. İttiham tərəfinin fikrincə, o, 2001-2020-ci illərdə yüksək vəzifələrdə işlədiyi müddətdə himayədarlıq, karyera yüksəlişi və sair qarşılığında 646 milyon yuandan (91 milyon dollar) çox rüşvət alıb. İttiham tərəfi Sun Liszunun birja qiymətlərini manipulyasiya etdiyini də bildirir. Bundan əlavə, məmur partiyanın birliyinə ciddi zərbə vuran siyasi qruplaşma yaratmaqda və ölkənin siyasi təhlükəsizliyində ittiham olunub.
Son günlər məhkəmənin bu siyasi qruplaşmanın üzvləri kimi tanıdığı digər keçmiş məmurlar da cəzalarını alıblar. Xüsusilə, dünən Çin Xalq Respublikasının keçmiş ədliyyə naziri Fu Zenqua haqqında da korrupsiya ittihamı ilə hökm elan edilib. O, həmçinin ölüm cəzasına məhkum edilib, sonra isə cəzası ömürlük həbs cəzası ilə əvəzlənib. Oxşar cəzalar Şanxay, Jiangsu və Şansi əyalətlərinin keçmiş polis rəislərinə də verilib.
Səxavət
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO



















.jpg)













