Nida Xəbər
Türk əsgərinin Azərbaycandakı mandatı UZADILDI
Türkiyə Silahlı Qüvvələrinin (TSK) Azərbaycandakı səlahiyyət müddətinin 17 noyabr 2022-ci il tarixindən 1 il müddətinə uzadılmasını ehtiva edən Prezident memorandumu Türkiyə Böyük Millət Məclisinin Baş Məclisində qəbul edilib.
Publika.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə göndərilən memorandumda, 9 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı üçtərəfli bəyannamədə Azərbaycanın işğal olunmuş torpaqların azad edilməsi uğrunda mübarizədə uğurları və yeni vəziyyətin nəticəsi olaraq sahədə, bölgədə sabitliyin qorunması üçün nəzərdə tutulan fəaliyyətlərin davam etdiriləcəyi ifadə edilib.
Memorandumda TSK personalının Birgə Mərkəzdə davam etdirilməsinin Türkiyənin regionda və milli maraqlarda effektiv və konstruktiv rolunun tələbi olduğu vurğulanıb.
Türkiyə ilə Azərbaycan arasında 2010-cu il avqustun 16-da imzalanmış Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Sazişinin müddəalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsi, atəşkəs rejiminə riayət edilməsi, pozuntuların qarşısının alınması, ölkədə sülh və sabitliyin təmin edilməsi üçün verilən icazənin müddəti bölgəni və Türkiyənin yüksək maraqlarını effektiv şəkildə qorumaq üçün 17 Noyabr 2022-dən 1 il müddətinə uzadılması tələb edilib.
Hüseyn İbadlı
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var










.jpg)






.jpg)


















.jpg)


