Nida Xəbər
Erməni deputat mandatdan imtina etdi - Qarabağ uğrunda mübarizəni...
Ermənistan parlamentindəki “Ermənistan” fraksiyasının deputatı Aram Vardevanyan mandatından imtina etmək qərarına gəlib.
Publika.az xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə məlumat yerləşdirib.
Deputat qeyd edib ki, noyabrın 25-də müvafiq bəyanat verəcək. Vardevanyan vurğulayıb ki, bu, onun şəxsi qərarıdır, lakin buna baxmayaraq, o, bunu fraksiyadakı həmkarları ilə müzakirə edib. Vardevanyan əmin edib ki, onları dəstəkləyəcək.
Vardevanyan hesab edir ki, deputat olarkən effektiv işləyib, mandatdan ölkənin rifahı naminə istifadə edib.
“Mən parlamentdə, Konstitusiya Məhkəməsində və onun divarları xaricində öz biliyimdən və səlahiyyətlərimdən maksimum yararlanmağa çalışdım, siyasi komandamıza lazım olan yerdə idim – mitinqlərdən tutmuş tribunaya, yürüşlərdən tutmuş saxlanma yerlərinə qədər”, - ixtisasca hüquqşünas olan deputat qeyd edib.
O əlavə edib ki, Qarabağ və Ermənistan uğrunda mübarizəni davam etdirəcək, lakin artıq vəkil kimi ictimaiyyətin sıralarındadır.
Qeyd edək ki, 2021-ci ildə keçirilən növbədənkənar seçkilər zamanı Aram Vardevanyan Ermənistanın ikinci prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” (“Ermənistan”) blokunun proporsional siyahısı ilə parlamentə seçilib.
Səxavət
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var










.jpg)






.jpg)


















.jpg)


