Nida Xəbər
Azərbaycanın səfir və beynəlxalq təşkilat nümayəndələrinin məvacibi bəlli oldu
Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfirlərinin, Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar yanında daimi nümayəndələrinin dövlət məvacibi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təminedici idarə rəisinin aylıq vəzifə maaşından, aylıq vəzifə maaşına əlavələrdən (ən yüksək olanı tətbiq edilməklə) və aylıq vəzifə maaşının 25 faizi məbləğində mükafatdan ibarətdir.
Publika.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Sosial sığorta haqqında”, “Diplomatik xidmət haqqında” qanunlarında və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” qanunun tətbiqi və “Diplomatik xidmət haqqında” qanunun tətbiq edilməsi barədə”, “Diplomatik xidmət haqqında” qanuna əlavələr və dəyişikliklər edilməsi barədə” qanununun tətbiq edilməsi haqqında” fərmanlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.
Fərmanla Nazirlər Kabineti on beş gün müddətində aşağıdakı müavinətlərin məbləğini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir:
“Diplomatik xidmət haqqında” qanuna uyğun olaraq, diplomatik xidmət əməkdaşına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxsə onunla birlikdə yaşayan orta ixtisas və ali təhsilin bakalavr səviyyəsi üzrə əyani təhsil alan 23 yaşına qədər övladlarına görə ödəniləcək təhsil müavinəti;
həmin qanuna uyğun olaraq, diplomatik xidmət əməkdaşına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxsə qəbul edən dövlətdə onunla birlikdə yaşayan, həmin dövlətdə və ya üçüncü dövlətdə əmək fəaliyyəti ilə məşğul olmayan ailə üzvlərinə görə ödəniləcək aylıq müavinət;
həmin qanuna uyğun olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına səlahiyyətlərinin icrası ilə bağlı ödəniləcək aylıq təmsilçilik müavinəti.
Fərman 2023-cü il yanvarın 1-dən tətbiq edilib.
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Emosional mübahisələr başlaya bilər
-
Sosial00:00
İDDİA: "Kənd yumurtası" adı altında broyler yumurtaları satılır - VİDEO
-
Magazin21 Dekabr 23:36
“Bir də evlənərəm, bir də boşanaram”
-
Pul1 Dekabr 23:24
Ən aşağı kredit faizləri bu rayonlarda VERİLİR
-
Nida Xəbər 1 Dekabr 22:48
Sabirabadda Nuru paşanın qaldığı tarixi evin sirləri - VİDEO
-
Magazin11 Dekabr 22:24
Xalq artisti ondan 55 min manat təzminat TƏLƏB EDİR - FOTO
-
İdman1 Dekabr 21:24
Qurban Qurbanov: "Ola bilsin ki, zədəsi ciddi olsun"
-
İdman1 Dekabr 20:55
"Qarabağ" "Neftçi"ni üç cavabsız qolla məğlub etdi - YENİLƏNDİ