Nida Xəbər
Molla rejimi səfirliyimizə hücumu belə ört-basdır etmək istəyir: "Arvadım evə gəlmədi" - Video
13:50
Bu gün səhər saat 8 radələrində “Pride” markalı avtomobil Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin qarşısında dayanıb və silahdan istifadə edən bir şəxs səfirlik binasına daxil ola bilib. Səfirliyə hücumdan sonra Azərbaycan Respublikasından olan bir nəfər həlak olub, 2 nəfər yaralanıb.
Publika.az xəbər verir ki, bunu İranın Cinayət İşləri üzrə Prokurorluğunun rəisi vəzifəsini icra edən Məhəmməd Şəhriyari bildirib.
Onun sözlərinə görə, ilkin araşdırmalar bu şəxsin Tehrandakı səfirliyə şəxsi motivasiya ilə hücum etdiyini göstərir.
Qeyd olunur ki, səfirliyə silahlı hücumdan sonra M.Şəhriyari hadisənin araşdırılması ilə bağlı dərhal hadisə yerinə gəlib.
O deyib: "İlkin istintaqda təqsirləndirilən şəxs iddia edib ki, bu ilin əvvəlində həyat yoldaşı Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə gedib və evə qayıtmayıb. Şəxs səfirliyə hücumu belə ifadə edib ki, o, Azərbaycanın Tehrandakı səfirliyinə dəfələrlə müraciətləri zamanı onlardan heç bir cavab almayıb və həyat yoldaşının səfirlikdə olduğunu düşünüb. Bu gün səhər "Kalaşnikov" avtomatı ilə səfirliyə getməyə qərar verdib. Şəxs ilkin istintaqda hücumun motivinin tamamilə şəxsi olduğunu iddia edib".
Məhəmməd Şəhriyari onu da qeyd edib ki, hadisə ilə bağlı ona məlumat verilən kimi məhkəmə-tibb qrupları və kəşfiyyat polisi ilə birgə hadisəni araşdırmaq üçün gəlib və hazırda təhqiqat aparılır.
Səxavət
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı






.png)
.jpg)

.png)

















_(1).jpg)









