Nida Xəbər
Güneylilər Azərbaycanın yanında deyil, onlar... - Haray
09:43
“İran şovinist fars rejimi fərqindədir ki, sonu yaxınlaşır. Onların son nəfəsləridir və çabalayırlar. Onlar güney Azərbaycan azadlıq hərəkatının önünü kəsməyə çalışırlar. Amma unutmasınlar ki, biz daha da güclənirik”.
Bu sözləri Publika.az-a danışan güneyli yazıçı, şair və jurnalist Məsud Haray deyib.

O, qeyd edib ki, səfirliyimizə qarşı törədilən terrror hadisəsi fars rejiminin Azərbaycana qarşı düşmənliyinin və qorxusunun göstəricisidir.
“Azərbaycanın Tehrandakı səfirliyinə edilən bu terror hadisəsi birbaşa fars rejiminin Azərbaycan türklərinə qarşı düşmənliyini bir daha aşkara çıxardı. Uzun zamandır cənubi azərbaycanlıları farslaşdırmağa çalışan rejim öz işini gördü. Son zamanlarda və özəlliklə Azərbaycan Prezidenti cənab İlham Əliyevin güney azərbaycanlılara olan müsbət münasibəti fars rejiminə, İrana pis təsir etdi. Bu səbəblə də, var gücləri ilə bütün terror dəstələrini Azərbaycanda fəaliyyətə sövq etməsi və digər sferalarda Araz çayının kənarında manevrlər göstərməsi onların narazılığının göstəricilərindəndir”, - deyə o bildirib.
Bu məqamda birlik nümayiş etdirməyin vacib olduğunu vurğulayan M.Haray bütün dünya azərbaycanlılarını bir olmağa və İran rejiminə etiraz etməyə çağırıb: “Sözügedən terror hadisəsinə səssiz qalmamalıyıq. Etiraz aksiyaları hazırlamaq lazımdır. İstər güney azərbaycanlıları, istərsə də quzey azərbaycanlıları və dünyanın hər yerində yaşayan azərbaycanlılar birliyimizi nümayiş etdirməyin, Azərbaycanın bütov olduğunu bir daha İran rejiminə elan etməyimizin zamanı artıq gəlib çatıb. Əminəm ki, bu etirazlar gerçəkləşəcək”.
M.Haray bildirib ki, güney azərbaycanlılar Azərbaycanın yanında deyil, onlar elə məhz Azərbaycanın özüdür.
"Fars molla rejimi unutmasın ki, hər nə etsələr də, bizi bir-birimizdən ayıra, qopara bilməyəcəklər. Onlar da görəcəklər ki, biz yorulmadan bütöv Azərbaycanı quracayıq. Hazırda İrandakı məlum hadisələr səbəbindən güney azərbaycanlıların küçələrə çıxıb etiraz aksiyaları keçirməkləri olduqca çətindir”.
Jurnalist deyib ki, Türkiyənin İzmir şəhərində İranın Azərbaycana qarşı etdiyi mənfur hücumu protesto ediblər. Onun sözlərinə görə, etirazlar davam edəcək.
Ayşən Rəhim
-
Cənubi Qafqaz20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya19:00Azərbaycana yaz gəldi
-
ABŞ18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
-
İnanc18:00Tüstüdən gələn mistik güc: Cansız daş da can tapa bilər, əgər...
-
Nida Xəbər 17:06Mehriban Əliyeva xalqımızı bayram münasibətilə təbrik etdi
-
Rəsmi xronika16:32İlham Əliyev onu nazir müavini təyin etdi - Foto
-
Nəqliyyat16:00Bakıda sürücüsüz nəqliyyat dövrü başlayır: Birdən-birə şəhərin küçələrinə buraxılacaq?






.jpg)













.jpg)
.jpg)













.jpg)

