ABŞ sülh danışıqlarının uğurla nəticələnməsində maraqlıdır
Bizi izləyin

Nida Xəbər

ABŞ sülh danışıqlarının uğurla nəticələnməsində maraqlıdır

ABŞ Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının uğurla nəticələnməsində maraqlıdır.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı deyib.

O, bölgədə sülh və sabitliyin təmin olunmasında, sülh sazişi üzrə danışıqların uğurla nəticələnməsində ABŞ tərəfinin maraqlı olduğunu bildirib.

Qeyd edək ki, əsas müzakirələrin Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə həsr olunduğu görüşdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm