Nida Xəbər
Vətən müharibəsində iştirak edən sərhədçilərin SAYI AÇIQLANDI
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında başlayan “Dəmir Yumruq” döyüş əməliyyatlarında Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının heyətindən 1843 hərbi qulluqçu iştirak edib.
Publika.az-ın Şəmkirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı general-leytenant Araz Məmmədov Şəmkir Sərhəd Dəstəsində keçirilən brifinq zamanı deyib.
O bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı Аli Baş Komandanın Dövlət Sərhəd Xidmətinin qarşısında qoyduğu döyüş tapşırıqlarının uğurlu icrası üçün bütün qüvvə və vasitələr tam səfərbər edilib:
"Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi Dövlət Sərhəd Xidmətinin hərbi birləşmələri tərəfindən işğaldan azad olunduqdan sonra ilk dəfə Ermənistanla dövlət sərhədinə çıxaraq strateji cəhətdən əhəmiyyətli olan “Bartaz”, “Şükrataz” yüksəklikləri azad edilib. İşğaldan azad olunmuş həmin ərazilərdə dərhal Sərhəd Qoşunlarının hərbi qulluqçuları tərəfindən dövlət sərhədinin mühafizəsi təşkil olunub.
44 günlük Şanlı Vətən Müharibəsində isə 10 nəfər hərbi qulluqçusu qəhrəmanlıq və şəxsi şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb".
General-leytenant vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamları ilə ölümlərindən sonra qəhrəmanlıq, xüsusi şücaət göstərdiklərinə görə baş gizir Allahyarov Şahin Hüseynbala oğlu və kiçik gizir İbrahimli Nail Nəriman oğluna “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib:
"Döyüş əməliyyatları zamanı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən, rəşadət və yüksək şücaət nümayiş etdirmiş bütün 1843 hərbi qulluqçular təltif olunub, onlardan 719 nəfər hərbi qulluqçumuz ölkə başçısı tərəfindən müxtəlif xüsusi orden və medallarla təltif edilib".
-
ABŞ03:44Bizim İranın yaxınlığında böyük armadamız var - Tramp
-
İdman03:18Tarixə düşdü: Ronaldo və Benzemanın rekordlarını qırdı
-
ABŞ02:00ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı artdı
-
Qoroskop01:40Günün ulduz falı: Kiminləsə barışmaq üçün əla vaxtdır
-
İdman00:55“Qarabağ” İngiltərədədir - FOTO
-
Hadisə26 Yanvar 22:08Bakıda məhkəmə sədrinin oğlu arvadını bıçaqlayıb özünü binadan ATDI - FOTO
-
İdman26 Yanvar 21:26“Liverpul”la oyunda “Qarabağ”ın şansı nə qədərdir? - Beqoviç açıqladı
-
Sağlamlıq26 Yanvar 19:20Nə dərmanı var, nə peyvəndi - Ölümcül virus Azərbaycana da gələ bilər?















.jpg)


















