Nida Xəbər
Türkiyədən COP29-a neçə nəfər gəlib? - Nazir AÇIQLADI
“COP29 başladığı gündən Azərbaycandayıq. Türkiyə Prezident, nazirlər, millət vəkilləri səviyyəsində, həmçinin universitetlərdən, vətəndaş cəmiyyəti nümayəndələrindən, ümumilikdə isə bütün sektorlardan təqribən 1800 nəfərlə konfransda iştirak etdi. Bu da həqiqətən yüksək göstəricidir. Azərbaycana, COP29 Sədrliyinə sonuna qədər dəstək verəcəyik.
Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri nazirinin müavini Fatma Varank söyləyib.
O bildirib ki, Azərbaycan COP29 müddətində bütün qonaqlarını ən yüksək səviyyədə qəbul etdi, möhtəşəm ev sahibliyi həyata keçirdi. Bu da onu deməyə əsas verir ki, Azərbaycan öz fərqini ortaya qoyub. Nazir müavini COP29-a qatılan qonaqların sayının çox olduğunu bildirib.
“COP29-dan əsas gözləntilərimiz maliyyə ilə bağlıdır. Bu, dünyada inkişaf etmiş ölkələrin az inkişaf etmiş ölkələrə göstərdikləri maliyyənin artırılması yönündədir. Bununla bağlı böyük inam var, eləcə də müzakirələr davam edir. İnanırıq ki, müzakirələr müsbət sonluqla yekunlaşacaq”, - deyə Fatma Varank vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın müvafiq nazirlikləri ilə birgə iqlim dəyişmələrinin təsirləri barədə ciddi layihələr var və hazırda məsləhətləşmələr aparılır.
“Bütün məsələlərimizi birgə müzakirə edirik. Həm Azərbaycanın bizə, həm də Türkiyənin Azərbaycana verdiyi töhfələr var”, - deyə Fatma Varank bildirib.
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək
-
Nida Xəbər 16:00Ərdoğan Azərbaycanı təbrik etdi
-
Magazin214:43Supermodelə nə olub? - FOTOLAR
-
Magazin113:15“Uzak şehir”də yeni aktrisa - Foto
-
Magazin112:53Xalq artistinin ailəsində ağır itki

































