Nida Xəbər
Kriminalistdən kritik yazı: “7 yaşlı Fəridin qatilini tapdılar”
"Budur, qoçaqlar heç üstündən 2 gün keçməmiş 7 yaşlı Fəridin qatilini çalışıb tapdılar. O məşqçini və mənsub olduğu "döyüş idmanı" qruplaşmasını saxlayan oliqarxlar dərhal imkan resurslarını və xidmətlərindəki jurnalistləri də işə salıb, ölən uşağın onsuz da əməlli psixoloji durumda olmayan və uşağının ölümündən də sonra betər "başı itmiş" hala düşən anasından tez, "jurnalist fəndi ilə" müsahibə götürtdülər".
Publika.az xəbər verir ki, bu sözləri "Facebook"da hüquqşünas-kriminalist İlqar Altay yazıb. O, məşqdə ağır xəsarət alıb dünyasını dəyişən uşağın anasını günahlandıranları qınayıb:
"Gurhagurla ictimaiyyətə yaydılar ki, Fəridin anasından bunların "Gözləri nəsə, su içmir" və qadın özünü bir cür, şübhəli aparır, gözündən yaş çıxmır, danışığı hərəkətləri şübhə doğurur. Bu qadında nəsə var, uşağını heç vecinə alana oxşamır, o məşqçiyə "vurulmuşa" oxşayır, filan.
Az qala, yekun nəticə olmaqla fikir yayalar ki, demək, ananın öz oğlunun ölümündə "əli" var! Hələ mükafatdan başı gicəllənib, fərəhlənən bəzi jurnalistlər yazırlar ki, biz gedib istintaqçı, kriminalistdən də yaxşı iş apardıq, qadını sözə tutub, söz almaqla. Elə bilirlər bununla iş bitdi.
Görün, oliqarxlar cəmiyyəti necə külək kimi öz istədikləri tərəflərə yönəltmək imkanındadırlar, necə dövlət içində açıq hegemonluqlar edirlər. Belə getməz, gedə bilməz. Dövlət bəzi işlərdən sonra, yəqin ki, bu problemi də çözər".
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı











.jpg)


.png)





















