Nida Xəbər
Türkiyədən ölkəyə idxal edilən məhsullar ucuzlaşa bilər - VİDEO

Türkiyə lirəsi kəskin şəkildə ucuzlaşmaqda davam edir.
Publika.az Xezerxeber.az-a istinadən xəbər verir ki, lirə təkcə bu gün dollar qarşısında 1% dəyər itirib.
Hazırda 1 dolların dəyəri 20-21 lirəyə bərabərdir.
İqtisadçı - ekspert Elşad Məmmədov deyir ki, lirənin sürətlə dəyər itirməsi Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsinə paralel olaraq baş verir. Onun sözlərinə görə, bu hal təsadüfi deyil və Qərb bu üsulla bir növ rəsmi Ankaraya təzyiq etməyə çalışır.
Türkiyə lirəsi paralel olaraq Azərbaycan manatı qarşısında da rekord şəkildə eniş edib. Mərkəzi Bankın bu günə açıqladığı məzənnəyə əsasən 1 lirənin dəyəri 8 qəpiyə bərabərdir.
Elşad Məmmədov hesab edir ki, mövcud vəziyyət uzun müddət davam edərsə, Türkiyədən Azərbaycana idxal edilən məhsullar ucuzlaşa bilər.
Mütəxəssis əlavə edib ki, Türkiyənin pul siyasətində dəyişiklik edilməsə, mövcud vəziyyət hələ bir müddət davam edəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

-
Qarabağ 17:48
Tibbi yardıma ehtiyacı olan 23 nəfər Ermənistana aparıldı - VİDEO
-
Nida Xəbər 16:39
Müdafiə Nazirliyi TƏCİLİ məlumat yaydı - FOTO
-
Nida Xəbər 15:22
Baş həkimdən Qənirə Paşayeva haqda üzücü açıqlama - VİDEO
-
Nida Xəbər 14:07
“Laçın” buraxılış məntəqəsində gözləyən "yardım" karvanı Ermənistana qayıdır - VİDEO
-
Nida Xəbər 13:54
Silahı yerə qoyan ermənilər Qarabağdan bu yollarla çıxacaq
-
Nida Xəbər 13:46
Fazil Mustafa Qənirə Paşayaevanın komaya düşməsindən danışdı
-
Ekologiya13:09
Bakıya YAĞIŞ, bölgələrə QAR YAĞACAQ
-
Nida Xəbər 12:51
Qənirə Paşayeva komaya bu səbəbdən düşüb