Nida Xəbər
Azərbaycan bu il Fransaya 100 min tondan çox neft satdı
2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan Fransaya 108,829 min tondan çox xam neft və neft məhsulları ixrac edib ki, bu da Azərbaycanın ümumi xammal ixracının 1,18 faizini təşkil edir.
Publika.az xəbər verir ki, ötən ilin analoji dövründə Fransa Azərbaycandan neft idxal etməyib.
Qeyd olunan dövrdə Azərbaycandan Fransaya ixrac olunan neft və neft məhsullarının dəyəri 66,3 milyon dollardan çox olub ki, bu da Azərbaycandan ixrac olunan xam neft və neft məhsullarının ümumi dəyərinin 1,16 faizini təşkil edir.
Bütünlükdə 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan 9,236 milyon tona yaxın neft və neft məhsulları ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi (9,5 milyon ton) ilə 2,6 faiz azdır. Dəyər ifadəsində neft ixracı 5,715 milyard dolları ötüb ki, bu da 2022-ci ilin yanvar-aprel aylarının göstəricisindən 12,7 faiz və ya 829,564 min dollar azdır.
-
ABŞ09:40
Bütün dünya Trampın tariflərinə hazırlaşır: görün hansı təhdidlər olacaq
-
İKT09:00
Məşhur bloqer "TikTok"u almaq istəyir
-
Səhiyyə08:48
Nazirlikdə “Volqa” yeyintisi - FOTO
-
Magazin208:00
Məşhur aktrisa ekranlara qayıtdı - VİDEO
-
Sosial07:17
Bu rayonlara qar yağacaq - PROQNOZ
-
Magazin106:46
“Bazar arvadından fərqlənməyən kişilərin…” - FOTO
-
Avropa04:44
Yeni hərbi yardım paketi - Almaniya Ukraynaya görün nələr verdi
-
MDB02:42
Gölün dibində quraşdırılan heykəl qalmaqala səbəb oldu