Nida Xəbər
Qarabağda 508 nəfərə aid meyit qalıqları tapıldı

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin, Minatəmizləmə Agentliyinin əməkdaşları ilə birlikdə həyata keçirilən axtarış tədbirləri nəticəsində işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlardan ümumilikdə ən azı 508 şəxsə aid meyit qalıqları tapılaraq götürülüb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın baş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyev deyib.
"Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin iştirakı ilə itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələr götürülüb.
Həmin nümunələrdən çıxarılan genetik profillərin aşkar edilmiş insan meyit qalıqlarından çıxarılmış genetik profillərlə eyniləşdirmə aparılması, habelə təqdim edilən sümüklərin insana aid olub-olmaması, neçə şəxsə mənsub olması, ölümün səbəbi və sair suallara aydınlıq gətirilməsi üçün Respublika Hərbi Prokurorluğu tərəfindən 349 məhkəmə tibbi kriminalistik ekspertizası və 305 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib", - deyə X.Vəliyev əlavə edib.
Xəbər yenilənəcək

-
İdman14:20
İtalya fubolunun bir nömrəli gözəli: O, boş vaxtlarında görün nə edir - FOTOLAR
-
İqtisadi gündəm13:35
Pensiya üçün müraciət asanlaşır - Məbləğ artacaq?
-
Maraq dünyası13:00
Dünyanın ən ucuz və ən bahalı şəhərləri hansılardır?
-
Elm və təhsil12:25
Bu məktəb distant tədrisə keçdi
-
Magazin111:50
Həmkarından polisə şikayət edən aparıcı işdən çıxarıldı
-
Tarix11:35
ABŞ-ın yaxın tarixinin ən mübahisəli siması: "Kipr qəssabı" Türkiyənin dostu idi, yoxsa...
-
Sosial10:55
“Vosmoy” bazarı bu əraziyə köçürülür
-
İdman10:50
Futbolçuların varlı xanımları: Siyahıda kimlər var? - FOTOLAR