Nida Xəbər
Saxlanılan terrorçu etiraf etdi: “Krokus”a hücumu... - VİDEO
Xəbər verdiyimiz kimi, “Krokus Siti Holl”da terakt törədən 4 nəfər yaxalanıb.
Publika.az xəbər verir ki, terrorçulardan birinin yaxalanarkən etirafları sosial şəbəkələrdə yayılıb.
O bildirib ki, tanımadığı şəxs tərəfindən təxminən bir ay əvvəl sifariş alıb: silahları sifarişçilər tədarük edib, hücum ediləcək yerin - “Krokus”un xəritəsi və şəkli göndərilib.
Sifarişə əsasən, qarşılarına çıxanları öldürmək müqabilində 500 min rubl təklif ediblər.
Terrorçunun sözlərinə görə, vəd edilən pulun yarısını onlayn formada alıb, kartına yüklənib, yarısını isə teraktdan sonra alacaqmış.
Terrorçu deyir ki, onunla Teleqramda adı, soyadı göstərilməyən “vaiz köməkçisi” danışıb.
Yaxalanan terrorçu adını da açıqlayıb – Fariddun Şamsuddin, 1998-ci il təvəllüdlü.
Qeyd edək ki, bundan öncə saxlanıldığı bildirilən terrorçular arasında bu adlı şəxs yoxdur.
Xatırladaq ki, ötən gün "Krokus Siti Holl"da baş verən teraktda 115 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Qeyri-rəsmi məlumatda isə ölənlərin sayının 130-u keçdiyi bildirilir.
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ











.webp)







.jpg)













