Nida Xəbər
Moskvadan ŞOK ETİRAF: Biz Qarabağın Azərbaycana qaytarılmasını istəmirdik, İrəvan...
İrəvan Qarabağla bağlı qərarları məhz NATO-nun təsiri altında qəbul edib və regionda vəziyyətin gərginləşdiyi dövrdə Moskva və KTMT-nin guya Ermənistana kömək etməməsi barədə deyilənlər yalandır.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Zvezda” telekanalının efirində bildirib.
“Mən bu fikri söyləyən və yayanların hamısını yalan danışmaqda ittiham edirəm. Bu doğru deyil, bu yalandır. Rəsmi İrəvan bu qərarı Qərblə məsləhətləşmələrdən sonra verib. Mən İrəvanın Qarabağla bağlı qəbul etdiyi qərarlara görə Rusiya və KTMT-nin günahı olduğunu iddia edən və yayanların hamısını yalan danışmaqda ittiham edirəm”, - Zaxarova bildirib.
Onun sözlərinə görə, Qərb ölkələri Ermənistanın Dağlıq Qarabağdan rəsmən imtina etməsi mövzusunu təbliğ ediblər. NATO-nun diktəsi ilə imzalanan sənədlərdə Dağlıq Qarabağ sakinlərinin hüquqları heç bir şəkildə təsbit və təmin edilməyib.
Zaxarova həmçinin qeyd edib ki, Ermənistanla Azərbaycan arasında yeni gərginlik yalnız rəsmi İrəvanın Aİ, ABŞ və Britaniyaya regionda və ölkədəki vəziyyətə dağıdıcı təsir göstərməsinə nə dərəcədə imkan verməsindən asılıdır.
Zaxarovun bu fikri həm də etirafdır: Qarabağ probleminin uzun müddət həll olunmasının qarşısını məhz Moskva alıb. Zaxarovanın dediklərindən belə çıxır ki, Moskva son ana qədər Qarabağın Azərbaycana qaytarılmasını istəməyib, amma NATO-nun təsiri altında Ermənistan bunu edib. Başqa şərhə ehtiyac qalmır.
Tural
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ



















.jpg)














