Nida Xəbər
Azərbaycan Ermənistandan fərqli olaraq... - Rusiyalı politoloqdan açıqlama
Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılması Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin etibarlı olmasını sınaqdan uğurla çıxardı.
Publika.az xəbər verir ki, bu sözləri news.ru saytına müsahibəsində Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Aleksey Naumov deyib. O bildirib ki, sülhməramlıların Qarabağdan çıxarılması iki dövlət arasında xoş münasibətlər çərçivəsində həyata keçirilib. Sülhməramlıların çıxarılması Moskva ilə Bakı arasındakı əlaqələrin möhkəmliyinin göstəricisidir.
Politoloqun fikrincə, Azərbaycan Ermənistandan fərqli olaraq özünü etibarlı tərəfdaş kimi, Prezident İlham Əliyev isə özünü danışıqları apara bilən siyasətçi kimi göstərdi. Ölkələrimiz arasındakı müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə isə Ermənistanın güzəştli vəziyyətinə faktiki olaraq son qoydu. Bu, yalnız İrəvanın hərəkətlərindən deyil, eyni zamanda, Azərbaycanın ləyaqətli siyasət yürütməsindən irəli gəldi.
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Qriqori Karasin isə qeyd edib ki, sülhməramlı hərbi kontingentin Azərbaycan ərazisindən çıxarılması qanunauyğun və məntiqlidir. Sülhməramlılar Qarabağ münaqişəsi həll olunduğu üçün geri qayıtdılar: “Onlar öz missiyasını ləyaqətlə yerinə yetirdilər”.
-
Sosial22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO