Ermənistan Qarabağ uğrunda müharibə aparacaq? – Paşinyan Britaniya mətbuatına danışdı
Bizi izləyin

Nida Xəbər

Ermənistan Qarabağ uğrunda müharibə aparacaq? – Paşinyan Britaniya mətbuatına danışdı

Ermənistan Qarabağ uğrunda müharibə aparmaq fikrində deyil.

Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Britaniya mətbuatına müsahibəsində deyib.

“Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənar heç bir ambisiyası yoxdur və biz ümid edirik ki, demarkasiya prosesi vasitəsilə Ermənistanın ərazi bütövlüyü bərpa olunacaq.

Qeyd etmişik ki, Ermənistan hökuməti hazırda 4 Azərbaycan kəndində - Qızıl-Hacılı, Xeyrimli, Aşağı Əskipara, Bağanıs-Ayrumda insanların yaşaması üçün addımlar atmağa hazırdır.

Eyni proses nəticəsində Ermənistanın Bağanis, Voskepar, Kirants, Berkaber kəndlərində insanların öz evlərində yaşaması üçün sakit həyat şəraiti yaradılmalıdır”.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm