Nida Xəbər
ATƏT-in tədbirində azərbaycanlılarla ermənilər arasında münaqişə - Təxribat baş tutmadı
ATƏT-in “İnsan hüquqlarının və Beynəlxalq humanitar hüququn təmin olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən tədbirində Qərbi Azərbaycan İcmasının (QAİ) nümayəndə heyəti ilə Ermənistan nümayəndə heyəti arasında mübahisə baş verib.
Publika.az Report-a istinadla xəbər verir ki, Ermənistanın Avstriyadakı səfirliyinin əməkdaşı iclasın əvvəlində Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Gənclər Şurası sədrinin müavini Kamal Cəfərovun tədbirdə icma nümayəndəsi kimi iştirakına mane olmağa çalışıb.
Diplomat daha sonra rəsmi İrəvandan gəldiyini iddia etdiyi etiraz məktubunu səsləndirib, ancaq təxribatı baş tutmadığı üçün demarş edərək iclas zalından çıxıb.
K.Cəfərov cavabında Qərbi Azərbaycan İcmasının heç bir ərazi iddiası olmadığını bəyan edib:
"Təşkilatımız qeyri-hökumət təşkilatıdır və çox yaxşı bilirsiniz ki, QHT-nin təbiət etibarı ilə heç bir dövlətə ərazi iddiası ola bilməz. Ermənistan nümayəndə heyətinin bu əsassız iddiaları isə onların avtoritar həyasızlığın növbəti nümunəsidir".
İcma nümayəndəsi vurğulayıb ki, ermənilər əsrlər boyu azərbaycanlıları evindən deportasiya edib:
"Onlar bizə qarşı etnik təmizləmə həyata keçiriblər. İndi də burada səsimizi kəsmək istəyirlər. Bu isə heç vaxt olmayacaq. Biz həmişə həqiqətləri ifadə edəcək, faktları deyəcəyik".
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı