Japarov Azərbaycana gəldi
Bizi izləyin

Nida Xəbər

Japarov Azərbaycana gəldi

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

Publika.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

xxx

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə yollanıb.

Publika.az xəbər verir ki, bu barədə Qırğızıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Onu 11 nazirdən ibarət nümayəndə heyəti müşayiət edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm