Nida Xəbər
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatdı
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına əsasən, Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb.
Müdafiə Nazirliyindən Publika.az-a verilən xəbərə görə, ssenariyə uyğun olaraq, müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilən təlimlərə cəlb olunan bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıb, idarəetmə orqanlarının ərazidə açılması və maskalanması təmin olunub.
Təlimlərdə müxtəlif tapşırıqların icrası üzrə fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib, yaranmış taktiki şəraitə əsasən, qəbul edilmiş qərarlara dair komandirlərin məruzələri dinlənilib.
Komanda-qərargah təlimləri zamanı qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub.
Komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının, qərargahların qarşılıqlı fəaliyyətinin, eləcə də onların mürəkkəb şəraitlərdə döyüş tapşırıqlarını idarəetmə qabiliyyətlərinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlərdə hərbi qulluqçular yüksək peşəkarlıq və əzm nümayiş etdiriblər.
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Region8 May 23:58
Putinlə Paşinyanın görüşü başladı
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
İdman8 May 23:22
"Real" "Bavariya"ya qarşı - CANLI
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal8 May 18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?