Laçın Ukraynanın bu şəhərilə qardaşlaşacaq
Bizi izləyin

Nida Xəbər

Laçın Ukraynanın bu şəhərilə qardaşlaşacaq

Ukraynanın İrpen şəhəri ilə Azərbaycanın Laçın şəhərinin qardaşlaşmış şəhərlər olması istiqamətində işlər aparılır.

Publika.az bildirir ki, bu barədə İrpen şəhər Meriyasından məlumat verilib.

“Biz Azərbaycanın Laçın şəhəri ilə İrpen şəhəri arasında tərəfdaşlıq yaratmaq üçün işləyirik. Artıq Azərbaycan və Ukraynanın müvafiq qurumları ilə müvafiq işlər aparılır”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, iki şəhər arasında gələcək qardaş şəhər münasibətləri Azərbaycan və Ukrayna arasında əməkdaşlığın möhkəmlənməsinə təkan verəcək.

Azərbaycanın Ukraynadakı səfirliyindən Azərtac-a Laçın və İrpen şəhərlərinin qardaşlaşmış şəhərlər olması istiqamətində işlərin aparıldığını təsdiqləyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm