Əliyevin COP-29-la bağlı dəvət məktubu Ərdoğana təqdim olundu - Yeniləndi
Bizi izləyin

Nida Xəbər

Əliyevin COP-29-la bağlı dəvət məktubu Ərdoğana təqdim olundu - Yeniləndi

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfəri çərçivəsində mayın 8-də Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

Publika.az xəbər verir ki, Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkiyənin dövlət başçısına çatdırıb.

Baş nazir cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29-da iştirakla bağlı Prezident İlham Əliyevin dəvət məktubunu Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib.

Görüş əsnasında Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif istiqamətlərdə perspektivləri müzakirə edilib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada rəsmi səfərdə olan Baş nazir Əli Əsədovu qəbul edib

Publika.az xəbər verir ki, qəbul zamanı Azərbaycan Prezidenti İlham Əliyevin COP-29-la bağlı rəsmi dəvət məktubu Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib.

xxx

10:40

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın Baş naziri Əli Əsədovu qəbul edəcək.

Publika.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Görüş Ankaradakı Prezident iqamətgahında baş tutacaq.

Qeyd edək ki, Ə.Əsədov mayın 7-də Türkiyəyə rəsmi səfərə gedib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm