Sərhəddə silah səsləri – Paşinyandan savaş açıqlaması
Bizi izləyin

Nida Xəbər

Sərhəddə silah səsləri – Paşinyandan savaş açıqlaması

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Naxçıvan istiqamətində atəşkəsi pozduğuna dair ard-arda xəbərlər yayır. Ermənistan Müdafiə Nazirliyi bu xəbərləri təkzib edir. Ermənistan Baş naziri Nikol Paşinyan bunu belə izah edib ki, ya həqiqətən atəşkəsin pozulması halları var, ya da bu, eskalasiya məqsədilə həyata keçirilir.

Publika.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Paşinyan “eskalasiya” dedikdə Azərbaycan ordusunun hansısa hücum planını həyata keçirmək üçün atəşkəsin pozulması barədə xəbərlər yaydığını iddia edir:

“Azərbaycanın Naxçıvandan atəşkəsi pozmaqda heç bir marağı yoxdur. Naxçıvan istiqamətində bizə sakitlik lazımdır, atəşkəsi pozmaq nəyimizə lazımdır? Əsas hədəfimizə çatmışıq, ərazi bütövlüyümüz və Qarabağ üzərində suverenliyimiz təmin olunub. Əslində, Paşinyan “ya həqiqətən atəşkəsin pozulması halları var”, deməklə elə öz ordusunun təxribatına işarə edib. Paşinyan özü də bir neçə dəfə etiraf edib ki, Ermənistan ordusunda “5-ci kolon” mövcuddur, üstəgəl, silahlı qüvvələrə “Yerkrapa” kimi fərqli terrorçu qruplar cəlb edilib. Bu ilin fevralında Azərbaycanın mövqelərini elə “Yerkrapa” üzvləri atəşə tutmuşdular. Bunu Paşinyan da etiraf edib.

Paşinyanın təklifi var: “Biz Bakını sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm formalaşdırmaq üçün dəvət etməyə hazırıq. Həqiqi vəziyyəti anlamaq, o cümlədən beynəlxalq ictimaiyyət üçün sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm formalaşdırmaq yaxşı fikir olardı. Mən belə bir təkliflə çıxış etməyə hazıram”.

Mərkəzin ekspertləri hesab edirlər ki, Paşinyanın təklifinə indiki şərtlər altında razılaşmaq mümkün deyil:

“Birincisi, ortaq komissiyanın formalaşdırılması üçün ilk növbədə iki ölkə arasında sülh və ya çərçivə sazişinin imzalanması lazımdır. İkincisi, Paşinyanın da etiraf etdiyi kimi, ordusunda təxribatçı qüvvələr var və Ermənistan silahlı qüvvələri müxtəlif terrorçu qruplardan formalaşıb.

Fevralda baş verən təxribata bir daha qayıdaq. Deməli, Ermənistan silahlı qüvvələrindəki “Yerkrapa” terrorçusu snayper atəşi ilə Azərbaycan hərbçisini yaralamışdı, Paşinyanın məntiqinə görə belə halları “ortaq komissiya” araşdırmalıdır. Həmin “ortaq komissiya” məsələni araşdırana kimi terrorçu İrəvana geri dönərək cəzasız qalacaqdı. Azərbaycan isə atəş açılan postu dağıtmaqla və terrorçunu neytrallaşdırmaqla cavab verdi, doğru olan da budur.

Paşinyan Naxçıvana açılan atəşi müəyyənləşdirmək üçün “ortaq komissiya”nın yerinə müdafiə nazirindən həmin istiqamətdə nələrin baş verməsiylə bağlı hesabat tələb etməlidir. Qarşısını almayacaqlarsa, fevralda olduğu kimi atəşin açıldığı post zərbə ilə dağıdılacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm