Modriç AÇ-lərin tarixinə düşdü
Bizi izləyin

İdman

Modriç AÇ-lərin tarixinə düşdü

Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç Avropa çempionatlarının tarixinə düşüb.

Publika.az xəbər verir ki, o, turnir tarixində qol vuran ən yaşlı futbolçu olub.

Modriç bu uğura Avro-2024-ün qrup mərhələsinin 3-cü turunun İtaliya ilə matçında nail olub. “Real”ın yarımmüdafiəçisi 55-ci dəqiqəsində fərqlənərək adını tarixə yazıb.

Modriç (38 yaş 289 gün) 2008-ci il Avropa çempionatında qol vuran Avstriya millisinin sabiq üzvü İvitsa Vastikin nailiyyətini (38 yaş 257 gün) geridə qoyub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm