Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr - YENİLƏNDİ
Bizi izləyin

Nida Xəbər

Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr - YENİLƏNDİ

Saat 15:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə hələ də 122 saylı Xankəndi seçki dairəsidir.

Publika.az xəbər verir ki, həmin seçki dairəsindən 42,7 faiz seçici (2 min 834 nəfər) indiyədək səsvermə hüququndan istifadə edib.

Seçici fəallığının ən aşağı olduğu dairə isə 54 saylı Mingəçevir seçki dairəsidir. Burada seçici fəallığı 12,8 faiz (6 min 447 nəfər) olub.

***

Ölkə üzrə seçici fəallığı ən yüksək olan seçki dairəsi 122 saylı Xankəndi seçki dairəsidir.

Publika.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında açıqlayıb.

O qeyd edib ki, saat 12:00-a olan nəticələrə görə, həmin seçki dairəsində seçici fəallığı 32.6 faizdir (2 182 nəfər).

F.Orucov 54 saylı Mingəçevir seçki dairəsində isə seçici fəallığının aşağı olduğunu deyib. Belə ki, bu dairədə seçicilərin cəmi 7.5 faizi (3 768 nəfər) səs verib.

***

Saat 10:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 109 saylı Qazax seçki dairəsidir.

Publika.az xəbər verir ki, həmin seçki dairəsindən 17.7 faiz seçici (8646 nəfər) indiyədək səsvermə hüququndan istifadə edib.

Saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə isə 24 saylı Nizami birinci seçki dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 2.6 faiz olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm