Nida Xəbər
Blinken Bakı-İrəvan danışıqlarındakı irəliləyişi alqışlayır
ABŞ Azərbaycan və Ermənistanın münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayır, xüsusilə sərhədlərin delimitasiyasının tənzimlənməsi haqqında Əsasnaməyə dair razılaşmaları qeyd edir.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinkenlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında bu yaxınlarda baş tutmuş telefon danışığını şərh edən Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı açıqlamasında bildirilib.
M.Miller vurğulayıb ki, Blinken N.Paşinyanla söhbətində Cənubi Qafqazda davamlı və layiqli sülhün bərqərar olmasının vacibliyini təsdiqləyib.
Xatırladaq ki, daha əvvəl Ermənistan hökumətinin yaydığı məlumata görə, Blinken və Paşinyan ikitərəfli gündəliyi və Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər.
-
Magazin120:48
"Rəhim Rəhimlini öldürən o olub" - VİDEO
-
İKT20:36
Əli Əhmədovun bacısı oğluna yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin220:24
Ögey anası ilə gizli eşqə qadağa... - FOTO
-
Sosial20:00
Əhalinin NƏZƏRİNƏ: sabah bu ərazilərdə QAZ OLMAYACAQ
-
Sosial19:12
Polkovnik Vüqar İbrahimli vəzifəsindən AZAD EDİLDİ - FOTO
-
Sosial19:00
Azərbaycanda əlilliyi olan şəxslər və uşaqlarla bağlı XÜSUSİ QRUP YARADILDI
-
Nida Xəbər 17:02
Putin Bakıya gələcək? - Peskov açıqladı
-
Rəsmi xronika16:20
İlham Əliyev bu qanunu təsdiqlədi