Nida Xəbər
101 yaşlı Zəri nənə belə səs verdi - FOTO
Parlamentə növbədənkənar seçkilərdə Sumqayıtda şəhər üzrə səs verənlərin 3641 nəfəri yaşlı nəslin nümayəndəsidir. Onlardan birinin yaşı 100-dən çoxdur. 44 saylı üçüncü Sumqayıt seçki dairəsi üzrə qeydiyyata alınan ən yaşlı seçici 1923-cü il təvəllüdlü Xudiyeva Zəri Həsən qızıdır.
Publika.az xəbər verir ki, bu gün o da seçkilərdə öz namizədinə səs verib. Özünün xahişi ilə Zəri nənənin evinə seçici kimi qeydiyyatı alındığı dairə üzrə 16 saylı seçki məntəqəsindən daşınan seçki qutusu aparılıb.
Konstitusion hüququndan istifadə edən Zəri nənə AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, dəfələrlə prezident, parlament və bələdiyyə seçkilərində iştirak edib.
Yaşına baxmayaraq, özünü kifayət qədər şux hiss edən həmsöhbətimiz özü haqqında danışarkən deyib: “Zəngilanda anadan olsam da, uzun illər Ermənistanın Qafan şəhərində yaşamışıq. Orada 5 il deputat olmuşam. Deportasiya zamanı 1989-cu ildə Sumqayıta pənah gətirmişik. Elə o zamandan da Sumqayıtda 11-ci mikrorayonda oğlumla bir yerdə yaşayıram”.
Daşınan seçki qutusunun evə gətirilməsinə görə təşəkkürünü bildirən Zəri nənənin 8 övladı, 18 nəvəsi, 35 nəticəsi, 4 kötükcəsi var. Ən böyük arzusu işğalda olan torpaqları, doğma Zəngilanı azad gömək idi. O, bu arzusuna da çatıb. Vətən müharibəsində qazanılan Şanlı Qələbədən bu gün də böyük sevinclə danışır. Zəri nənə qəhrəman şəhidlərə, yenilməz Ordumuza və Ali Baş Komandan İlham Əliyevə xalqımıza uzun illər gözlədiyimiz Qələbənin sevincini yaşatdıqları üçün minnətdarlığını bildirərək, Azərbaycanın daim abad və firavan, insanların isə xoşbəxt olmasını arzulayıb.
-
Sosial00:45
Musiqi məktəbinin direktoru VƏFAT ETDİ - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Təhlükəli vəziyyətdən çıxış yolu tapın
-
Nida Xəbər 14 Sentyabr 23:36
Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri BAKIDA - FOTO
-
Hadisə14 Sentyabr 23:24
Ağdərədə qəza nəticəsində həlak olan yanğınsöndürənin FOTOSU
-
Art14 Sentyabr 22:48
Azərbaycanlı aktyorun səhnədə dizi yaralandı - FOTO
-
Sosial14 Sentyabr 22:00
Bakıda ahıl kişini dilənməyə məcbur edirlər? - VİDEO
-
İdman14 Sentyabr 21:48
Lekler Azərbaycan Qran Prisinin seçmə mərhələsinin qalibi oldu
-
Dünya14 Sentyabr 21:24
Günəşdə son illərin ən güclü partlayışı baş verdi