Nida Xəbər
Paşinyanın bəyanatları ilə Ermənistanın Lissabon sammitindəki mövqeyi arasında ziddiyyətlər - RƏY
Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçıları Şurasının iclasında iştirak edən Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Konstitusiyanın dəyişdirilməsi ilə bağlı əsas öhdəlikdən yayınaraq bəyan edib ki, Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır.
Publika.az xəbər verir ki, bununla bağlı "Report"a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Rizvan Nəbiyev danışıb.
O, MDB dövlət başçıları Şurası çərçivəsində səsləndirilən mövqe ilə 1996-ci ildə ATƏT-in Lissabon sammitində Ermənistanın ortaya qoyduğu mövqe arasında paralellər apararaq, ciddi ziddiyyətin olduğunu vurğulayıb.
"1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşündə Ermənistanın o vaxtkı prezidenti Levon Ter-Petrosyan məhz 5 iyul 1995-ci ildə qəbul olunmuş konstitusiyaya istinad edərək sammitin yekun sənədini imzalamaqdan boyun qaçırmışdı. Əsas gətirmişdi ki, ölkə konstitusiyası Qarabağı Azərbaycanın ərazisi kimi göstərən istənilən beynəlxalq sənədi imzalamağa imkan vermir" - deyə, deputat bildirib.
Rizvan Nəbiyev xatırladıb ki, o vaxt Ümummilli Lider Heydər Əliyevin göstərdiyi diplomatik çeviklik və məharət sayəsində ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən Ermənistan istisna olmaqla, 53 iştirakçı dövlətin qoşulduğu və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Bəyanat verildi:
"Nəticədə, Ermənistan təkləndi, Azərbaycanın ərazi bütövlüyünə beynəlxalq səviyyədə bir daha dəstək verildi.
İndi isə sual olunur, hələ də qüvvədə olan 1995-ci il konstitusiyasında dəyişiklik edilmədən Ermənistanın baş naziri Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında beynəlxalq müqaviləni hansı niyyətlə imzalamaq istəyir?"
Deputat onu da əlavə edib ki, Ermənistan konstitusiyasında dəyişiklik edilənədək erməni baş nazirlər və ya prezidentlər belə ziddiyyətli və qeyri-ardıcıl mövqe sərgiləməkdə davam edəcəklər:
"Bu halda isə sülh müqaviləsinin imzalanmasından tərəflər bir az da uzaq düşəcək".
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi