Nida Xəbər
Kamran Əsədovla əlbir olan qaynı İŞDƏN ÇIXARILDI - FOTO
Son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədovun qaynı işdən çıxarılıb.
Publika.az xəbər verir ki, Bəhman Hüseynli bir müddət öncə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzindəki mütəxəssisi vəzifəsindən ayrılıb.
Universitetdən bildirilib ki, sözügedən şəxs 2025-ci il dekabrın 12-si öz ərizəsi ilə vəzifəsindən uzaqlaşdırılıb.
Qeyd edək ki, yanvarın 22-si Gəncə Şəhər Məhkəməsində Kamran Əsədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Məlum olub ki, K.Əsədovun qaynı Bəhman Hüseynli məhkəməyə getməməsi üçün şahidə təzyiq göstərirmiş. B.Hüseynli həm də Kamran Əsədovun köməkçisi olub.
Onun şahidlərə hansı səbəbdən təsir etdiyi soruşulub, lakin Bəhman Hüseynli hakimin sualına tam cavab verə bilməyib. /Unikal
-
Sosial15:12Azərbaycanda məktəblinin geyim forması: Valideynlər bunu etməyə borcludurlar
-
Nida Xəbər 14:31İran bu mövzuda ABŞ-a güzəştə gedir - Üçüncü ölkəyə təhvil veriləcək
-
İdman13:42Yaşıl meydanların rus gözəli: O, Bakıya niyə gəlibmiş? - Fotolar
-
İdman12:57Qəmbərov Nərimana dəstək olacaq: Ona dedim ki, "Kalumbus"a azərbaycanlı futbolçu gəlir
-
Köşə12:12Mourinyodan şok iddia: Bunun “Qarabağ”a nə dəxli var?
-
Region11:18Paşinyan mayın 28-də parad keçirəcək: Məqsədi nədir?
-
Nida Xəbər 11:03Daha 17 itkin-şəhid dəfn olunacaq - FOTO
-
Region10:30Azərbaycanın sərhədlərini güdən Aİ Missiyasının Ermənistandakı yeni rəhbəri kimdir?


















.jpg)





.jpg)














